Mingəçevirdə FACİƏ:  quyuya düşürdü, armatur deşib öldürdü  - YENİLƏNİB
27 iyun 2023 14:16 (UTC +04:00)

Mingəçevirdə FACİƏ: quyuya düşürdü, armatur deşib öldürdü - YENİLƏNİB

0

Mingəçevirdə kişinin quyuya düşüb ölməsi barədə araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyunun 27-də Mingəçevir şəhər sakini 38 yaşlı Ceyhun Əhmədovun quyuya yıxılaraq ölməsi faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***
Saat: 10:33

Mingəçevirdə kişi faciəvi şəkildə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, şəhər sakini, 38 yaşlı Ceyhun Əhmədovun meyiti şəhər ərazisində kanalizasiya quyusunda aşkar edilib. Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4701

Oxşar yazılar