Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup üzvü Milli Məclisin qarşısında piket keçirməyə cəhd göstərib.
Lent.az APA-ya istinadla xəbər verir ki, piket iştirakçıları, əsasən, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz bildirib, quru sərhədlərinin açılmasını istəyiblər.
Razılaşdırılmamış aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıb, hər hansı insident baş verməyib.