Bakı metrosunda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 9-da metro stansiyalarının birinin keçidində Xaçmaz rayon sakini olan qadının içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.