Dekabrın 6-da Eçmiədzin şəhərindəki süd zavodunda 37 yaşlı İrəvan sakini iş otağında ov tüfəngi ilə özünü döş qəfəsindən vurub, nəticədə xəsarət alıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, xəstəxanaya aparılıb. Faktla bağlı cinayət işi açılıb.
Bildirildiyinə görə, zərərçəkmiş Ermənistanın məşhur süd zavodlarından birində direktor işləyir.