Məşhur “qanuni oğru”nun həbsxanada asılmış meyiti  tapıldı
09 oktyabr 2024 22:57 (UTC +04:00)

Məşhur “qanuni oğru”nun həbsxanada asılmış meyiti tapıldı

“Qanuni oğru”, daha çox Lexa Semipalatinski kimi tanınan Aytkali Maymuşev cəzasını çəkdiyi ciddi rejimli həbsxanada asılmış vəziyyətdə tapılıb. Bu barədə Prime Crime məlumat yayıb.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, Qazaxıstanın 66 yaşlı baş “qanuni oğru”su 2023-cü ilin dekabrından Kareliya Respublikasının Nadvoitsı kəndindəki islah əmək müəssisəsində olub. 2023-cü il iyulun 10-da Moskva şəhər Məhkəməsi onu cinayətkar statusu və qanunsuz narkotik saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Maymuşev Qazaxıstanın ən yaşlı “qanuni oğru”su hesab olunur. 

O, kriminal ləqəb alıb və 1997-ci ildə taclandırılıb, bundan sonra o, kriminal ideyaları təbliğ etməyə və onların altında cinayətkarları toplamağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar