Azərbaycanda həbsxanada daha bir məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Orucağa Mirzalıyev saxlanıldığı müəssisədə qəfildən ölüb.
Onun xəstəlikdən öldüyü ehtimal edilir.
Qeyd edək ki, O. Mirzalıyev 2017-ci ildə həbs edilib. Şimal bölgəsində narkobaron kimi tanınan O.Mirzalıyev 3 kiloqramdan çox narkotik vasitəni Saatlıda satarkən yaxalanıb.