Məşhur aktyor 3 qadını zorlamaqda  ittiham olunur
01 iyun 2023 17:42 (UTC +04:00)

Məşhur aktyor 3 qadını zorlamaqda ittiham olunur

Məşhur amerikalı aktyor 3 qadına qarşı cinsi təcavüzdə ittiham olunur.

Lent.az xarici mediaya istinadla bildirir ki, ittihama görə 47 yaşlı amerikalı aktyor Danni Masterson 2001-2003-cü illərdə 3 qadına cinsi təcavüz edib. Baş tutan birinci məhkəmə prosesində onun qadınlara dərman verib yatırdığı daha sonra təcavüz etdiyi iddia olunub. Lakin aktyorun qadınları içirdib öz əməlini yerinə yetirməsi ilə bağlı digər iddialar təsdiqini tapmayıb.

Hadisələr Mastersonun ən populyar vaxtlarında, 1998-2006-cı illərdə davam edən “That 70s Show”da “Steven Hyde” rolunu oynadığı dönəmdə baş verib.

Həmçinin bildirilir ki, hər üç zərərçəkmiş qadın Skientoloji kilsəsinin keçmiş işçiləridir. Mastersonun da həmin kilsənin üzvü olduğu bildirilir.

Məlumata görə, ittihamlar təsdiqini taparsa, Mastersonu 30 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar