Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı  ilan sancıb? - YENİLƏNİB
29 iyul 2025 15:00 (UTC +04:00)

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb? - YENİLƏNİB

Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.

Bu barədə Lent.az-a bağın Mətbuat Xidmətindən məlumat verilib.

“Bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb. Yayılan xəbər tərəfimizdən araşdırılır”.

Mətbuat xidmətindən bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.

***

saat 13:39

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb.

Lent.az xəbər verir ki, bu barədə "qafqazinfo" məlumat yayıb. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. 

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341

Oxşar yazılar