Ani ölümü ilə dünyanı sarsıdan Hollivud əfsanəsi, aktrisa və müğənni Merilin Monronun sirli ölümünə dair yeni fakt üzə çıxıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Monronun ölümü barədə kitab yazan araşdırmaçı Rendi Trabrolli arxivlərdən yeni məlumatlar üzə çıxarıb.
Yazıçı kitabında qeyd edib ki, Merilin Monro ilə ABŞ prezidenti Con Kennedinin sevgili olması barədə xəbərlərin ardından Kennedinin xanımı Jaklinə qarşı hərəkətə keçib. Bu xəbərlər, şübhəsiz ki, birinci ledini narahat edirmiş. Üstəlik, Merilin Monro Ağ evə zəng edərək Kennedi ilə danışmaq istədiyini bildirirəkən dəstəji Jaklin qaldırıb və onlar bir neçə dəqiqə məxfi söhbət ediblər. Bu söhbətdən 1 gün sonra Monro öz otağında ölü tapılıb. Onun qanında guya narkotik tərkibli dərmanlar tapıldığını desələr də, bu fakt da təsdiqlənməyib. Üstəlik, Monronun qulluqçularının verdikləri ifadələr şübhəli olub. Lakin sonra nədənsə bu ifadələr yoxa çıxarılıb.
Yazıçı Merilin Monronun Jaklin Kennedinin göstərişi əsasında öldürüldüyünü iddia edib.