"Mercedes"lə "İnfiniti" toqquşdu, ölən var
03 may 2021 12:01 (UTC +04:00)

"Mercedes"lə "İnfiniti" toqquşdu, ölən var

Ağdamda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 1-də saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakinləri M.Şükürovun idarə etdiyi “Mercedes” və Kamal Hüseynovun idarə etdiyi “İnfiniti” markalı avtomobillər toqquşub. Nəticədə K.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1518
avatar

Mehman Nəbiyev

Oxşar yazılar