“Mercedes” və “Prius” toqquşdu – 2 YARALI 
22 dekabr 2022 04:28 (UTC +04:00)

“Mercedes” və “Prius” toqquşdu – 2 YARALI 

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Ardınca “Mercedes” dəmir məhəccərə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, “Mercedes”də olan iki sərnişin yüngül xəsarət alıb. Avtomobillər ərazidən kənarlaşırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar