“Mercedes” dərəyə aşdı: 2 nəfəri zorla çıxardılar
23 may 2021 09:15 (UTC +04:00)

“Mercedes” dərəyə aşdı: 2 nəfəri zorla çıxardılar

İsmayıllı rayonunun Namazgah kəndində “Mercedes” markalı minik avtomobili dərəyə aşıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə,

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Namazgah kəndində “Mercedes” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar