Mənzildən ər-arvadın meyitləri  tapıldı
09 avqust 2024 16:44 (UTC +04:00)

Mənzildən ər-arvadın meyitləri tapıldı

Rusiyanın paytaxtı Moskvada mənzildə 82 yaşlı ər-arvadın meyitləri tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, qocalar təxminən üç həftə əvvəl Osenni bulvarındakı mənzillərində ölüblər.

Lakin onlar yalnız dünən - qonşunun polisə qəribə qoxu ilə bağlı şikayətindən sonra tapılıb. Mənzilin qapısı açıq olub.

Qadının meyiti tualetdə, kişinin meyiti isə otaqda yerdə tapılıb. Onların ölüm səbəbi müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar