Dağıstanda məktəblilər arasında kütləvi dava baş verib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Mahaçqala şəhərində küçədə qeydə alınıb.
Hadisə yerinə polis gələnə qədər yeniyetmələr qaçıb. Lakin dava iştrakçılarının şəxsiyyəti bəlli olub. Məlum olub ki, məktəblilər arasında münaqişə onlardan birinin digərinin bacısı ilə yazışması səbəbindən yaranıb. Qarşıdurma zamanı Şamilski rayonundan olan 15 yaşlı oğlan dostuna məxsus tapançadan atəş açıb.
Dava iştirakçılarına qarşı inzibati protokol tərtib edilib. Məktəblilər və valideynləri ilə profilaktiki söhbət aparılıb.