Məktəbli qız  "TikTok"dakı üsulla  özünü öldürmək istədi
01 mart 2024 15:03 (UTC +04:00)

Məktəbli qız "TikTok"dakı üsulla özünü öldürmək istədi

Rusiyanın Sankt-Peterburq şəhərində məktəbli qız gündəliyində pis qiymət aldıqdan sonra TikTok-un məsləhəti ilə intihar etmək qərarına gəlib. Ananın möcüzə nəticəsində uşağı xilas etdiyi, hazırda zərərçəkənin reanimasiyada olduğu qeyd edilir.

Lent.az yerli mediaya istinadla bildiri ki, axşam saatlarında anası işdə olarkən 13 yaşlı 7-ci sinif şagirdi Sakit okean küçəsindəki evlərinə pis qiymətlərlə qayıdaraq özünü öldürmək qərarına gəlib. Məlumata əsasən, TikTok ona bunu necə edəcəyini söyləyib, burada yeniyetmə bir çox yollarla qarşılaşıb.

Qeyd edilir ki, evə qayıtdıqdan sonra qız göz yaşlarına boğularaq anasına nə etməyə çalışdığını etiraf edib. Qız özünü pis hiss edib və hərəkətsiz olub, anası dərhal təcili yardım çağırıb. Uşaq xəstəxanaya yerləşdirilib, hazırda həkimlər zərərçəkmişi izləyirlər.

# 2868
avatar

Oxşar yazılar