Rusiyanın Nijni Tagil şəhərində 61 saylı məktəbin yaxınlığında kişi asılmış vəziyyətdə tapılıb.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə fövqəladə hallar xidmətindəki mənbə bildirib.
“Meyit evin həyətində, təhsil müəssisəsindən 60 metr aralıda tapılıb”, - məlumatda vurğulanır.
Asılmış meyiti tapılanın təxminən 40 yaşı olduğu bildirilir.