Məktəbdə YANĞIN:  şagirdlər təxliyə edildi
03 dekabr 2021 11:07 (UTC +04:00)

Məktəbdə YANĞIN: şagirdlər təxliyə edildi

Şəmkirdə yanğın olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.

Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Oxşar yazılar