Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ruslan Rövşən oğlu Nuriyevə tanışı Bakı şəhər sakini Sara Əlişad qızı Xəlilovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan soğanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,587 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,806 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.