Mehdiabadda qəza:  1 maşın çevrildi,   digəri yoldan çıxdı-YENİLƏNİB
12 sentyabr 2023 00:04 (UTC +04:00)

Mehdiabadda qəza: 1 maşın çevrildi, digəri yoldan çıxdı-YENİLƏNİB

0

1 saylı Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, 1976-cı il təvəllüdlü Vurğun Həsənov Qədir oğlu 11.09.2023 tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın sınığı aşkarlanıb. Hazırda Reanimasiya şöbəsində müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabil olaraq qalır.

***

22.31

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb. 

Hadisə “Chevrolet” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub. Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb. 

Hadisədə minik avtomobilinin sürücüsü Vurğun Həsənov xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5450

Oxşar yazılar