Qazaxıstanın Türküstan vilayətindəki həbsxanaların birində məhbuslar iğtişaş törədib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə müəssisənin üç əməkdaşı xəsarət alıb.
Qeyd olunur ki, məhkumlardan bəziləri saxlanma rejimi ilə razılaşmadıqları üçün tabesizlik nümayiş etdiriblər. Milli Qvardiyanın iki hərbçisi və Cəzaçəkmə Sistemi İdarəsinin bir əməkdaşı yaralanıb.
Hazırda vəziyyət stabilləşib. Faktla bağlı cinayət işi açılıb.