Mərhum müğənni Maykl Ceksonun nümayəndələri evinin qarət edildiyini bildiriblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənətçinin əmlakını idarə edən təşkilat üzvlərinin dediyinə görə, onun evindən ictimai olmayan ifaların səs yazıları və yayımlanmamış konsert yazılarının olduğu iddia edilən sərt disklər, noutbuklar, iPod, CD və DVD-lər yoxa çıxıb.
Ceksonun nümayəndələri sənətçinin bacısı La Toya Ceksonun keçmiş sevgilisi Cefri Fillipsdən oğurluq etməkdə şübhələnirlər. Mənbələrin məlumatına görə, oğurlanmış əmlakın dəyəri təxminən 1 milyon dollar qiymətləndirilir.
Fillipsin Ceksonun mahnının sözləri, kasetlər, üz qabığında Cekson olan foto albom, qara kəllə çantası, çərçivəli mükafatlar və ifaçının kuklası olan əlyazma qeydlərinin yoxa çıxdığı iddia edilir.