Mask Moskvada  araq içib   huşunu itirdi
12 sentyabr 2023 18:50 (UTC +04:00)

Mask Moskvada araq içib huşunu itirdi

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask Moskvada işgüzar görüş zamanı bir neçə stəkan araq içdikdən sonra huşunu itirib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu  barədə Valter İsaaksonun yazdığı biznesmenin tərcümeyi-halına istinadən məlumat verilir.

Kitabdan çıxarışlar əldə edən jurnalistlərinin dediyinə görə, Mask 2000-ci illərin əvvəllərində Marsa missiya təşkil etmək istəyib. Bu planı həyata keçirmək üçün iş adamı Rusiyadan olan həmkarları ilə bir neçə görüş təşkil edib.

Görüşlərin birində Maska restoranda nahar zamanı digər qonaqlar kimi “külli miqdarda araq” verilib. 

İş adamının özünün dediyinə görə, o, yemək yediyi qədər spirtli içki qəbul edib.

Maskın bioqrafının yazdığına görə, rusiyalı iş adamları milyarderə bir şüşə araq da veriblər, oradakı etiketdə amerikalı sahibkar özünü Marsda təsvir edib.

Mask daha sonra İsaaksonla şəxsi söhbətində etiraf etdi ki, o, "əksər spirtli içkilərin dadını və təsirini" sevmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3207

Oxşar yazılar