Maşınını  cərimələdiyi üçün   dostunu öldürdü
15 mart 2023 16:09 (UTC +04:00)

Maşınını cərimələdiyi üçün dostunu öldürdü

0

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Rize şəhərinin Bazar qəsəbəsində qeydə alınıb. Şəhər sakini 36 yaşlı S. K avtomobilini sürmək üçün dostu 35 yaşlı Eray Karadenizə verib. Eray Karadeniz avtomobili idarə edərkən yol polisi tərəfindən saxlanılıb və o, cərimələnib. Buna görə də dostlar arasında dava düşüb.

Küçədə baş verən mübahisə getdikcə böyüyüb. Nəticədə S. K tapança ilə dostuna 3 dəfə atəş açaraq, onu öldürüb.

S. K polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2340

Oxşar yazılar