Maşının vurduğu piyada xəstəxanada öldü - YENİLƏNİB
22 avqust 2021 22:00 (UTC +04:00)

Maşının vurduğu piyada xəstəxanada öldü - YENİLƏNİB

0

İmişlidə avtomobilin vurduğu piyada, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlu dünyasını dəyişib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, xəstəxanaya yerləşdirilən rayon sakinin həyatını xilas etmək mümkün olmayıb. 

***

20:50

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil Yalavac kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlunu vurub.

Piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3619

Oxşar yazılar