Maşını qaçırdı, xəstəxanalıq oldu  - Azərbaycanda
24 dekabr 2022 16:35 (UTC +04:00)

Maşını qaçırdı, xəstəxanalıq oldu - Azərbaycanda

0

Xaçmazda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.a-za verilən xəbərə görə, dekabrın 23-də Xaçmaz rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Məlumatla əlaqədar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Avtomobili qaçıran şəxsin Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədərək xəsarət alması və xəstəxanada ona ilkin tibbi yardım göstərilməsi müəyyən olunub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini O.Xalıqov saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2120

Oxşar yazılar