Maşını duracağa yerləşdirilən müharibə iştirakçısı özünü yandırdı
13 iyun 2024 12:04 (UTC +04:00)

Maşını duracağa yerləşdirilən müharibə iştirakçısı özünü yandırdı

İyunun 12-də saat 8 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. 

Lent.az xəbər verir ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib. 

İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib. 

Araşdırma aparılır. 

Məlumatı DİN-in mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar