Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 2-də saat 16 radələrində Hacıqabul rayonunun Qızılburun qəsəbəsi ərazisində V.Qaraşov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Hüsniyyə hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.