Şəmkir şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Hundai Solaris” markalı minik avtomobilinin sürücü idarəetməni itirib.
Nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından mühafizə hissəsinin xilasediciləri cəlb edilib.
Qəza zamanı 3 nəfər xəsarət alıb.
Yaralılar - 17 yaşlı Telman Məmmədli, Məhərrəm Məmədov və 23 yaşlı Samir Pənahov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həmin şəxslərdən 17 yaşlı Məhərrəm Məmədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.