Masazırda binada PARTLAYIŞ:  yaralanan var - VİDEO
07 dekabr 2022 10:45 (UTC +04:00)

Masazırda binada PARTLAYIŞ: yaralanan var - VİDEO

Abşeronda evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün səhər saat 8 radələrində Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 67m² olan ikiotaqlı mənzilin eyvanında ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 1 nəfər xəsarətlərlə xəstəxanaya aparılıb. Partlayış dalğasının təsirindən mənzilin 1 otağının pəncərə çərçivəsi yerindən çıxıb, giriş qapısına ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

# 2409
avatar

Oxşar yazılar