Masallıda qəzaya düşən yeniyetmə sürücü  öldü
22 dekabr 2023 10:59 (UTC +04:00)

Masallıda qəzaya düşən yeniyetmə sürücü öldü

Masallıda 11 gün əvvəl qəzaya düşən motosikletçi ölüb.

Lent.az xəbər verir ki, hadisə dekabrın 10-da Təkdam kəndində baş verib. 15 yaşlı İbrahimov Əjdər İlyas oğlunun idarə etdiyi "İJ" markalı motosiklet 72 yaşlı Talıbov Fəraim Ələsgər oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə toqquşub. Xəsartə alaraq xəstəxanaya yerləşdirilən yeniyetmə dekabrın 21-də orada ölüb.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3165
avatar

Mehman Nəbiyev

Oxşar yazılar