Masallıda 1 həftə əvvəl  avtomobilin vurduğu kişi öldü
26 sentyabr 2025 09:24 (UTC +04:00)

Masallıda 1 həftə əvvəl avtomobilin vurduğu kişi öldü

0

Masallıda avtomobilin vurduğu piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə sentyabrın 18-də, Masallı-Qızılağac avtomobil yolunun Masallı rayonu Şıxlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

41 yaşlı Əzizov Xəyal Adil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada 33 yaşlı Əhmədov Famil Faiq oğlunu vurub. Xəstəxanaya yerləşdirilən yaralı sentyabrın 25-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar