Marketi qarət edən 3 azərbaycanlı saxlanıldı - -VİDEO
13 avqust 2024 10:27 (UTC +04:00)

Marketi qarət edən 3 azərbaycanlı saxlanıldı - -VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində üç azərbaycanlı ərzaq mağazasını qarət edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, yayılan kadrlarda iki naməlum şəxsin qapını açması, otağa daxil olması və kassaya getməsi, orada siqaretləri yeşiklərə “doldurmağa” başladığı görünür. Üçüncü oğru həmin vaxt avtomobildə növbətçi olub. Cinayət çox çəkməyib - həyəcan siqnalı ilə polis gəlib və hər üçünü yerindəcə saxlayıblar.

Soyğunçuların qəniməti əsasən siqaret olub. Onlar həmin siqareti sonradan bazarda ucuz qiymətə həmyerlilərinə satmağı planlaşdırıblar. Onları 7 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951
avatar

Mehman Nəbiyev

Oxşar yazılar