Belarusda qiymət artımına qoyulmuş moratoriumun pozulması səbəbindən ilk hökm çıxarılıb.
Lent.az-ın Belarus mediasına istnadla xəbərinə görə, müttəhimlər kürsüsündə Moqilovdan olan 46 yaşlı mağaza sahibi olub. Yerli kənd icraiyyə komitəsindən olan qiymət monitorinqi üzrə işçi qrupunun nümayəndəsi müəyyən edib ki, qiymət artımına moratorium tətbiq edildikdən sonra onun mağazasında suluquni pendirinin qiyməti 26 qəpik (0,184191 manat) artıb.
İttiham tərəfi təqsirləndirilən şəxsə pərakəndə satış qiymətlərinin formalaşmasında vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsində nəzərdə tutulmuş ən az cəzanın verilməsini istəyib. İş adamı bir il sınaq olmaq şərtilə iki il müddətinə azadlıqdan məhrum edilib. Əgər bu müddət ərzində kişi qanunu pozmasa, hökm icra olunmayacaq.
Bundan əvvəl məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun fərmanının pozulmasına görə qiymət artımına yol verən sahibkarlara qarşı onlarla cinayət işi başlanıb. Təhlükəsizlik qüvvələri və məmurlar təkcə pərakəndə satış şəbəkələrində deyil, həm də marketlərdəki malların satış qiymətini və maya dəyərini yoxlayır.