109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyev seçicilərlə növbəti görüşünü Tülü kəndində keçirib. Kənd sakinləri ilə görüşdə Nəsib Məhəməliyev rayonun inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb.
Görüşdə iştirak edən seçicilər onları narahat edən məsələlər barəsində millət vəkilinə məlumat veriblər.
Deputatlıqa namizəd Nəsib Məhəməliyev “Daha güclü Azərbaycan naminə" şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq, seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərə çatacağına əminliyini bildirərək, qaldırılan məsələləri qanunların verdiyi imkanlar çərçivəsində həll edəcəyini söz verib.