Lerikdə minik avtomobili çaya aşdı- Ölən və yaralananlar var  -  YENİLƏNİB   -  VİDEO
25 fevral 2024 15:42 (UTC +04:00)

Lerikdə minik avtomobili çaya aşdı- Ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

Xəbərə foto və video əlavə edilib.

***

saat 14.41

Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

saat 14.29

Lerikdə minik avtomobili dərəyə aşıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  hadisə bu səhər Lənkəran - Lerik yolunun 50-ci kilometrliyində qeydə alınıb.

Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi avtomobil hərəkətdə olarkən yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb.

Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.

İlkin məlumatda hadisəyə səbəbin yolun qarlı və buzlu olduğu göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Lerikdə minik avtomobili çaya aşdı

# 4344
avatar

Oxşar yazılar