Müğənni Cavad Rəcəbovun yeznəsi  qəzaya düşdü
08 sentyabr 2025 15:47 (UTC +04:00)

Müğənni Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

0

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.

Lənkəran rayon sakini 52 yaşlı Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, yaralanan Elçin Ağayev Lənkəranda tanınmış hüquqşünasdır, məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda vəkil qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Lənkəranda vəkil qəzaya düşüb, xəsarət alanlar var - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar