Lənkəranda avtomobil qarət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhərin Şəhidlər Xiyabanı küçəsində gecə saatlarında “BMW” markalı avtomobildən şüşəsini sındırmaq yolu ilə 300 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bədəlzadə müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onun oğurluq məqsədilə ümumilikdə 7 avtomobilə şüşəsini qırmaq yolu ilə daxil olduğu müəyyən edilib.
Bundan başqa C.Bədəlzadənin rayon ərazisindəki bir mağaza və bir emalatxanadan ümumilikdə 4481 manat dəyərində mobil telefon, məişət əşyaları, təmir-tikinti alətləri və nağd pul oğurladığı müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.