Lənkəranda iki restoran  qəlyana görə   məhkəməyə verildi
25 yanvar 2022 18:53 (UTC +04:00)

Lənkəranda iki restoran qəlyana görə məhkəməyə verildi

0

Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Mayak” və “Armudluq” restoranlarında xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarının pozulduğu həmin obyektlərin icarədarları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1630

Oxşar yazılar