Lənkəranda FACİƏ:  məktəbli bacı-qardaşı maşın vurub öldürdü
19 sentyabr 2025 09:11 (UTC +04:00)

Lənkəranda FACİƏ: məktəbli bacı-qardaşı maşın vurub öldürdü

1

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər, 8 yaşlı Gülay Əlizadə və qardaşı 9 yaşlı Ramid Əliyevi vurub. Hər iki mərtəbəli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 390

Oxşar yazılar