Lənkəranda dağlıq ərazidə köməksiz qalan şəxs xilas olundu
19 avqust 2021 23:02 (UTC +04:00)

Lənkəranda dağlıq ərazidə köməksiz qalan şəxs xilas olundu

0

Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Lent.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Nazilrikdən bildirilir ki, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1744

Oxşar yazılar