Lənkəranda dənizdə batan şəxsin ad-soyadı məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, bu, 2000-ci il təvəllüdlü Biləsuvar rayonunun Əsgərabad kənd sakini Mahir Rahim oğlu Paşayevdir.
O, ailəsvi ilə birgə istirahətə gəlib və 4-5 nəfərlə birlikdə çimərkən qəfil boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Kənd camaatı digərlərini sudan sağ çıxarsa da, M.Paşayevi çıxarmaq mümkün olmayıb. Onun axtarışları davam edir.
***
Saat 20:47
Xəzər dənizində bir nəfər batıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.