Laçın yolunda aksiya keçirilən yerdən növbəti humanitar yardım karvanı keçdi -VİDEO
15 dekabr 2022 22:06 (UTC +04:00)

Laçın yolunda aksiya keçirilən yerdən növbəti humanitar yardım karvanı keçdi -VİDEO

0

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan növbəti humanitar yardım karvanı keçib.

Lent.az APA-ya istinadla xəbər verir ki, əvvəldən razılaşdırılmış qaydaya uyğun olaraq, bu gün saat 20:35-də aksiya iştirakçıları tərəfindən Rusiya sülhməramlı kontingentinə məxsus 2 ədəd "KamAZ" markalı yük maşını və 2 ədəd UAZ Patriot markalı minik avtomobilinin Laçından Xankəndi istiqamətinə, 1 ədəd "Tigr" markalı zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.
Humantar yardım karvanı aksiyanın keçirildiyi yerdən heç bir maneəsiz hərəkət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2112

Oxşar yazılar