Laçın və Ağdam atəşə tutuldu
15 dekabr 2022 22:44 (UTC +04:00)

Laçın və Ağdam atəşə tutuldu

0

Dekabrın 15-i saat 20:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bundan başqa, dekabrın 15-i saat 20:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Həmin istiqamətlərdə yerləşən bölmələrimiz adekvat cavab tədbirləri görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3304

Oxşar yazılar