Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ayaz Mahmud Rza oğlu Məmmədovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Akif Mahmud Rza oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman əynindəki gödəkçənin cibində gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 0,393 qram narkotik maddə - heroin, ümumi çəkisi 0,098 qram psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,080 qram olan metadon preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Bakı istintaq təcridxanasına aparılan narkotiklər