Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ient.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.
Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.