Şirvanda Kür çayında tapılan meyitin kimliyi müəyyən edilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi müəyyən edilib.
Həmin şəxsin Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızı olduğu müəyyən edilib. Onun bir gün əvvəl itkin düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
18.49
Şirvanda Kür çayından qadın meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində təxminən 20-25 yaşlarında olan naməlum qadının meyiti aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.
Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.