Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda ölkəmizə gələn "DAF", "Volvo" və 2 ədəd "Mercedes Benz" markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.
Bu zamanı onlar idarə etdikləri yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.
Lakin yoxlama zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8300 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.