Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, külək Qubada "Yaşıl Teatr"ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur.
Qusar və Xaçmaz rayonlarında isə külək iri gövdəli ağacları elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.
Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.