Krım körpüsünü partladan maşına partlayıcı necə qoyulub?
10 oktyabr 2022 17:04 (UTC +04:00)

Krım körpüsünü partladan maşına partlayıcı necə qoyulub?

Krım körpüsündə partlayışı törətməkdə şübhəli bilinən azərbaycanlı Mahir Yusubovla bağlı bəzi məqamlar məlum olub.  

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Mahir Yusubov əslində Krasnodarda yaşamırmış. 

O, illər öncə Azərbaycandan Rusiyanın Kazan şəhərinə köçüb. Yusubov 3 uşaq atasıdır və bəzi Rusiya KİV-lərində deyildiyi kimi radikal islamçı deyil. 

Yaxınlarının bildirdiyinə görə, o donuz ətindən istifadə edir və spirtli içkilər içməyi xoşlayır. Tatarıstanda Yusubov meyvə-tərəvəz alveri ilə məşğul olur. Özünün anbarları, satış nöqtələri var imiş. 

O, bundan başqa bir sıra yük maşınlarını da icarəyə verirmiş. Qonşularının dediyinə görə, nümunəvi ailə başçısıdır. Bütün tanışları onu müsbət və xeyirxah bir adam kimi xarakterizə edirlər. 

Daha bir məlumata görə, yük maşını Armevir şəhərindən Krımın Simferopol şəhərinə meyvə aparırmış. Buna görə sifarişçilərdən 48 min rubl (1300 manat) pul alıb. Ehtimal olunur ki, yolda meyvə boşaldılaraq yerinə partlayıcı maddələr yüklənib. 

Mahir Yusubov

Krım körpüsündə partladığı iddia olunan yük maşını 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7281
avatar

Sevinc Fərid

Oxşar yazılar