Bakıda daha bir məhkum həbsdə ölüb.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Adam öldürməyə görə məhkum olunmuş Hüseynağa Cəlilov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, H.Cəlilov 2014-cü ildə Nərimanov rayonu ərazisində yerləşən Elmi Tədqiqat və Kordioloji İnstitutda qətl törədib. Orada müalicə alan, 1946-cı il təvəllüdlü Hüseynağa Cəlil oğlu Cəlilov münaqişə zəminində Saatlı rayon sakini, 1952-ci il təvəllüdlü Mikayıl Mirzəağa oğlu Hüseynovu bıçaqlayaraq öldürüb.